Planetdə insanların sayı xeyli azalacaq

Planetdə insanların sayı xeyli azalacaq backend

Keçən il dünya əhalisinin sayı 8 milyardı keçmişdi. Lakin iqtisadi inkişaf, təhsil və tibbi xidmətlərin imkanlarının genişlənməsi doğum səviyyəsinin azalmasına səbəb olur.

Qaziler.az-ın məlumatına gorə “Sky News” yeni araşdırmaya istinadən yazır ki, dünya indiki istiqamətdə hərəkət etməyə davam edərsə, bütün planetin əhalisi 7 milyarda qədər azala bilər.

“Earth4All” modelləşdirmə sistemindən istifadə edən mütəxəssislər müxtəlif inkişaf strategiyalarının bütün dünyaya təsirini təhlil ediblər. Ekspertlərin fikrincə, həddindən artıq yoxsulluğun aradan qaldırılması və uğurlu iqtisadi inkişaf siyasətinin qəbulu ilə dünya əhalisinin sayı 2040-cı ildə 8,5 milyarda çata, daha sonra isə 2100-cü ilə qədər əhəmiyyətli dərəcədə azalaraq 7 milyarda düşə bilər.

QAZİLER.AZ

Diaspora