Günəşin səthində nəhəng "dəlik" peyda olub

Günəşin səthində nəhəng "dəlik" peyda olub backend

Günəşin səthində nəhəng "dəlik" peyda olub və cümə gününə qədər Yerə sürətlə günəş küləkləri göndərə bilər.

Qaziler.az xarici KİVə istinadla xəbər verir ki, sözügedən dəliyin ölçüsü Yerdən təxminən 18-20 dəfə böyükdür.

Tac dəliklər kosmosa peyklərə zərər verə bilən və Yerə çatdıqda heyrətamiz şimal işıqlarını ortaya çıxaran günə küləklərini buraxır.

“Reading” Universitetinin kosmos fizikası professoru Mathew Owens deyir ki, Günəş təxminən hər 11 ildən bir baş verən aktivliyin pik nöqtəsinə doğru sürətləndiyi üçün bu dəliklərin Günəşin ekvatoru yaxınlığında görünməsi ehtimalı daha yüksəkdir.

Günəşdəki partlayış və ləkələrin minimum səviyyəyə endiyi dövrlərə “günəş minimumu”, ləkələrin artdığı və partlayışların tez-tez baş verdiyi dövrlərə isə “günəş maksimumu” deyilir. Günəş hər 11 ildən bir bu fazalar arasında dəyişir.

2025-ci ildə isə günəşin maksimum fazası öz zirvəsinə çatacaq. Bu səbəbdən elm adamları xüsusilə 2025-ci ildə Yerə güclü partlayışların təsir edəcəyini gözləyirlər.

QAZİLER.AZ

Diaspora