Astronavtların gözyaşları, kartof cipsləri və Mars torpağını birləşdirərək yaradılacaq "StarCrete", adi betondan iki dəfə güclüdür.
Qaziler.az "İndependent"ə istinadla xəbər verir ki, bu beton bahalı tikinti materiallarının Yerdən kənara daşınmasına ehtiyacı aradan qaldıracaq.
Mançester Universitetinə bağlı olan kəşfin arxasında duran komanda, əvvəllər Mars torpağını birləşdirmək üçün astronavtların qan və sidiklərindən istifadə edən beton hazırlamışdı. Lakin bunun genişmiqyaslı layihələrdə praktiki olmadığı sübut edildi.
Lakin hazırda kəşf olunan materialı gücləndirmək üçün lazım olan duzu astronavtların göz yaşlarından və ya Marsın səthindəki birləşmələrdən əldə ediləcək.
"StarCrete"ni inkişaf etdirməyə və sınaqdan keçirməyə davam etmək üçün "DeakinBio" adlı təşəbbüsü irəli sürən komanda, ixtiranın adi betona daha ekoloji cəhətdən davamlı bir alternativ təklif etdiyini və yer üzündəki binalarda istifadə oluna biləcəyini iddia edir.
QAZİLER.AZ