Birinci Kanalın aparıcısı Jirinovskinin ona hədiyyə etdiyi pencəyinin satılmasından danışıb.
Qaziler.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Qordon bildirib ki, Jirinovskinin ona hədiyyə etdiyi pencəyi dostu hərraca çıxarıb.
Birinci Kanalda yayımlanan “Kişi/Qadın” tok-şousunun aparıcısı Aleksandr Qordon Rusiya Liberal Demokrat Partiyasının (LDPR) keçmiş lideri Vladimir Jirinovskinin ona hədiyyə etdiyi qırmızı pencəyin niyə hərraca çıxarıldığını açıqlayıb. Gazeta.RU-ya müsahibəsində o, pencəyi dostuna verdiyini, sonradan dostu onu satmaq qərarına gəldiyini deyib.
“Bəli, Jirinovskinin pencəyidir. Onu mənə Birinci Kanalın efirində, “Siyasət” verilişində Vladimir Volfoviç hədiyyə etmişdi. Bir il əvvəl onu dostuma verdim”, - deyə Qordon hərraca çıxarılan pencəyin həqiqətən Liberal Demokrat Partiyasının liderinə məxsus olub-olmadığı sualına cavab verdi.
Qordonun sözlərinə görə, bu yaxınlarda o, pencəyin satmaq üçün icazə istəyən məktub alıb. “Məni əmin etdilər ki, pul xeyriyyəçiliyə gedəcək. Mən etiraz etmədim", - deyə teleaparıcı bildirdi.
Daha əvvəl LDPR-nin sözçüsü Aleksandr Dupin bildirmişdi ki, partiyanın daha əvvəl hərraca çıxarılan qırmızı gödəkçə ilə heç bir əlaqəsi yoxdur. Eyni zamanda, o qeyd edib ki, adi vətəndaşlar da Jirinovskinin bəzi suvenirlərini sata bilərlər.
QAZİLER.AZ