Dünyanın ən xoşbəxt ölkəsi "xoşbəxtlik dərsləri" keçəcək

Dünyanın ən xoşbəxt ölkəsi "xoşbəxtlik dərsləri" keçəcək backend

Ardıcıl beş dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilən Finlandiya insanlara öz “daxili finni” tapmaqda kömək etmək üçün xoşbəxtlik seminarlarına başlayır.

Qaziler.az “The İndependent” istinadla xəbər verir ki, Skandinaviya ölkəsində insanların xoşbəxt olmasına kömək etmək üçün unikal dərslərə başlayıblar. Onun iştirakçıları Finlandiyanın Göllər diyarına gedəcəklər və Kuru kurortunda məskunlaşacaqlar.

Kurortda qaldıqları müddətdə qonaqlar təbiət sənətləri haqqında məlumat əldə edəcək, meşələrdə və göllərdə məşq edəcək, sakitləşdirici səslər və musiqilərdən həzz alacaq, bədən və ruh üçün qida dadacaq və şəxsi olaraq işləyən ekspertlər vasitəsilə fin həyat tərzini yaşayacaqlar.

QAZİLER.AZ

Diaspora