Ən sürətli "Apple" cihazları məlum olub: Siyahıda "iPhone 14" yoxdur

Ən sürətli "Apple" cihazları məlum olub: Siyahıda "iPhone 14" yoxdur backend

Smartfonların müqayisəli platforması “AnTuTu” fevral ayının ən yaxşı iOS cihazlarını açıqlayıb. Sözügedən platforma smartfonları bir çox cəhətdən sınaqdan keçirir və hər telefona müəyyən xal verir.

Qaziler.az xəbər verir ki, yeni dərc edilən yazıda şirkət 2023-cü ilin fevral ayının ən yüksək reytinqli iOS cihazlarını paylaşıb.

“AnTuTu”nun məlumatına görə, fevral ayında ən sürətli iOS cihazı 1 milyon 426 min 17 xalla 12,9 düymlük “iPad Pro 6” olub.

M2 prosessoru ilə birinci yeri tutan planşeti 1 milyon 296 min 134 xalla 11 düymlük “iPad Pro 6”nı təqib edib.

Siyahının üçüncü pilləsində 12,9 düymlük “iPad Pro 5” 1 milyon 205 min 566 xalla qərarlaşarkən, müvafiq olaraq 11 düymlük “iPad Pro 5” və “iPad Air 5” qərarlaşıb.

“iPhone 14 Pro” və “iPhone 14 Pro Max” modelləri isə siyahının altıncı və yeddinci sıralarında görünüb. Sonra “iPhone 13 Pro Max” gəlir. iPhone 13 Pro modeli isə siyahıda 10-cu yerdədir.

Maraqlıdır ki, “iPhone 14” və “iPhone 14 Plus” modelləri ilk 10-luğa daxil deyil.

QAZİLER.AZ

Diaspora