Nepalda dağlara qalxmaq qadağan edildi

Nepalda dağlara qalxmaq  qadağan edildi backend

Nepalda 5 il əvvəl tətbiq edilən Everest dağına qalxmaq qadağasının ölkə daxilindəki bütün dağlarda tətbiq olunması qərara alınıb. Odur ki, Nepalda təkbaşına dağa çıxmaq qadağası aprelin 1-dən qüvvəyə minəcək.

Qaziler.az CNN-ə istinadla xəbər verir ki, dağlara dırmanmaq hökumət tərəfindən lisenziyalı bələdçi və ya qrup halında edilə bilər.

"Təcili vəziyyətdə tək səyahət edənlərə kömək edəcək heç kim olmur. Şəhərlərdə çətinlik olmur, lakin uşaq bölgələrdəki dağlarda  infrastruktur kifayət qədər yaxşı deyil. Turistlər itəndə və ya ölü tapılanda uzaq yollardan istifadə etdikləri üçün onların axtarışı dövlət üçün çətinləşir", Nepal Turizm Şurasının direktoru Mani R. Lamichhane deyib.

Məlumatda qeyd edilib ki, Nepal 2018-ci ildə baş verən hadisələrin sayını azaltmaq üçün dünyanın ən hündür zirvəsi sayılan Everesti təkbaşına dırmaşmağı qadağan edib. Belə ki, 1920-ci ildən bəri 8848 metr yüksəklikdə yerləşən Everestdə 200-dən çox insan həlak olub.

QAZİLER.AZ

Diaspora