Duyğularımızı ifadə etmək üçün mesaj yazarkən tez-tez istifadə etdiyimiz emojilər demək olar ki, fərqli bir dilə çevrilib. Hər duyğu və düşüncəni artan sayları ilə ifadə edən emojilər son bir neçə ildə daha çox istifadə olunur.
Qaziler.az xəbər verir ki, “WhatsApp”ın ən son Android beta versiyasına 21 yeni emoji əlavə edilib. Yeni emojilərin isə tezliklə hər kəs üçün əlçatan olacağı gözlənilir.
“WhatsApp”a əlavə edilən yeni emojilərə çəhrayı, açıq mavi və boz ürəklər, zəncəfil, Wi-Fi, quş, meduza, qaz və titrəyən üz kimi ifadələr daxildir.
Unicode 15.0 kitabxanasının yeni emojilərini ehtiva edən yeniləmənin bütün istifadəçilərə nə zaman çatacağı hələlik bəlli deyil.
QAZİLER.AZ