Şöhrətpərəstlik ömrü qısaldır

Şöhrətpərəstlik ömrü qısaldır backend

İddialı insanlar həmişə öz yolunu tapırlar. Ən yaxşı universitetlərə gedirlər, karyera nərdivanlarında yüksəklərə qalxır, çoxlu pul qazanırlar.

Özünü xoşbəxt hiss etmək və uzun yaşamaq üçün hər şeyə sahib olduqları görünür. Lakin bu yaxınlarda aparılan bir araşdırma göstərib ki, şöhrətpərəstlik, əksinə, insanın ömrünü qısaldır. Şöhrətpərəst insanlar çox vaxt daimi stress vəziyyətində yaşayırlar ki, bu da ömür uzunluğuna təsir etməyə bilməz,

Qaziler.az bildirir ki, bu barədə Daily Mail xəbər verir.

"Yüksək ambisiya insana öz karyerasında böyük nailiyyətlər əldə etməyə kömək edir, lakin biz müəyyən etdik ki, iddialı insanlar daha az iddialı insanlardan daha çox  xoşbəxt və ya bədbəxt deyillər. Bundan əlavə, iddialı insanlar daha qısa ömür sürürlər", - deyə tədqiqatın rəhbəri, Mendosa Biznes Kollecinin professoru Timoti Jud deyib.

Professor həmkarları ilə birlikdə uşaqlıqdan başlayaraq 717 insanı müşahidə etdiyi araşdırma aparıb. Tədqiqatçılar insanın ambisiya səviyyəsinə və ambisiyaların onun həyatına necə təsir etdiyinə diqqət yetiriblər.

Gözlənildiyi kimi, ambisiyaları yüksək olan uşaqlar ən prestijli universitetlərə daxil olur, sonra nüfuzlu şirkətlərdə işə düzəlir və külli miqdarda pul qazanırlar. Bununla belə, tədqiqatçılar belə qənaətə gəliblər ki, iddialı insanların əldə etdiyi uğurlar bu insanları çox sa xoşbəxt etmir. Bundan əlavə, alimlər müəyyən ediblər ki, iddialı insanlar ambisiyaları az olan insanlardan daha tez ölürlər.

Professor Jud təklif edir ki, iddialı insanlar ömür uzunluğuna müsbət təsir edən amilləri - düzgün qidalanma, sağlam yuxu, yaxınları ilə münasibətlər və sosial əlaqələri unudaraq öz məqsədlərinə çatırlar.

QAZİLER.AZ

Diaspora