Moskvada polis əməkdaşları avtomobildə Asiya şir balası tapıblar.
Qaziler.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə Moskva Prokurorluğu xəbər verir ki, saxlanılan avtomobildə polis tərəfindən Asiya şirinin balası aşkar edilib. 35 yaşlı sürücünün yırtıcıya sahiblik hüququ üçün heç bir sənədi olmayıb.
"həmin şəxsin sözlərinə görə, o, heyvanı Rusiya Federasiyasının başqa ərazisindən pulsuz əldə edib, sonra onu Moskvaya gətirib və bir müddət şir balası onunla birlikdə mənzildə yaşayıb", - press-relizdə deyilir.
Yırtıcı vəhşi heyvanlar üçün reabilitasiya mərkəzinə köçürülüb.
QAZİLER.AZ