“Citroen C5 X” ən böyük həcmli avtomobil seçildi

“Citroen C5 X” ən böyük həcmli avtomobil seçildi backend

5 qitənin 45 ölkəsindən, 63 avtomobil jurnalistindən ibarət və əksəriyyəti qadınlardan ibarət WWCOTY-ın münsiflər heyəti dünyanın 'Ən yaxşı böyük həcmli avtomobil'ini seçib.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, müsabiqədə “Citroen C5 X” finala yüksəlməyi bacarıb.

Avtomobil WWCOTY-nin “Böyük Mükafatı” uğrunda final mərhələsində öz sinfində qalib gələn 5 digər modellə yarışacaq. Baş mükafatı qazanan model 8 Mart Beynəlxalq Qadınlar Günündə açıqlanacaq.

WWCOTY 2009-cu ildə Sandy Myhre tərəfindən avtomobil dünyasındakı qadınların bazara çıxarılan modellərə baxışlarını ifadə etmək imkanı yaratmaq üçün təsis edilib.

Müsabiqə zamanı əksəriyyəti qadınlardan ibarət olan münsiflər 6 kateqoriya üzrə ən yaxşı avtomobilləri seçir. Bunlar “Böyük həcmli avtomobil”, “Performans avtomobili”, “Şəhər avtomobili”, “Böyük SUV”, “4x4” və “Ailə avtomobili”dir.

QAZİLER.AZ

Diaspora