Kosmosda getdikcə artan "kosmik zibillik" üçün çarə axtarılır

Kosmosda getdikcə artan "kosmik zibillik" üçün çarə axtarılır backend

Son illərdə kosmosa göndərilən peyklər problemə çevrilib.

Qeyd edilir ki, kosmosda təxminən 2000 aktiv peyk var, lakin 3000-ə yaxın peyk hazırda istifadəyə yararsızdır.

Bundan əlavə, bu peykləri 15 min kiçik hissəçiklər və 150 ​​000 izlənilməyən qalıqlar müşayiət edir. Üstəlik yaxın illərdə geniş əhatə dairəsinə nail olmaq və aşağı gecikmə müddəti olan telekommunikasiya və monitorinq xidmətləri göstərmək üçün peyklərin sayı artacaq.

Artıq bu vəziyyət ABŞ hökumətini narahat etməyə başlayıb. Özəl şirkətlər isə kosmik zibillə dolu orbital mühitlə mübarizə yollarına sərmayə qoyurlar.

ABŞ Kosmik Komandanlığı kosmosdakı zibillərlə bağlı yeni hesabat yayıb. Geniş hesabatda kosmosda söz sahibi olan ölkələrə istifadə olunmayan peyklərin təhlükəsiz şəkildə məhv edilməsinə çağırılır.

Həmçinin Avropa Kosmik Agentliyi və İsveçrənin “ClearSpace” startapı ilə birgə hazırlanmış peykin 2025 və ya 2026-cı illərdə kosmosa buraxılacağı gözlənilir. Orbitə buraxılacaq kosmik gəmi robot qolları ilə zibilləri toplayıb Yer atmosferinə salaraq onun yanmasına səbəb olacaq.

QAZİLER.AZ

Diaspora