İspaniyanın Barselona şəhərində davam edən Mobil Dünya Konqresində yeni bir texnologiya təqdim edilib.
Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, təqdimat zamanı Almaniyadakı avtomobil İspaniyadakı sürücü tərəfindən sürülüb.
“Ericsson” və “Deutsche Telekom” arasında uzun müddətdir davam edən innovasiya tərəfdaşlığı nəticəsində yeni texnologiya 5G sayəsində gerçəkləşib. “L4S” adı verilən bu texnologiya üzərində 2022-ci ilin oktyabrdan Vay şirkəti ilə birlikdə iş aparılıb.
Vay şirkəti Avropada ictimai yolda içində kimsə olmadan maşın sürən ilk şirkət kimi tanınır. Artıq şirkət uzaqdan idarə edilərək sərfəli qiymətə, qapıdan qapıya mobil xidməti işə salmağı planlaşdırır.
Sözügedən tətbiqdə istifadə olunan “L4S” adlı texnologiya fasiləsiz əlaqəni təmin edir. Mobil şəbəkələrin birində problem olarsa, digəri işə düşür.
QAZİLER.AZ