“SpaceX” kosmos şirkətinin qurucusu İlon Mask “Twitter”i 44 milyon dollara alandan sonra planlaşdırdığı dəyişikliklərlə gündəm olub.
Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, tvitterin keçmiş qurucusu və icraçı direktoru Cek Dorsi yeni mərkəzləşdirilməmiş sosial media platforması üzərində işlədiyini açıqlayıb.
Artıq “Bluesky” sosial şəbəkəsi “App Store”da dərc edilib. Lakin sosial şəbəkəyə daxil olmaq üçün hələ də dəvət tələb olunur.
Tvitterə rəqib olacağı gözlənilən “Bluesky”ın saytında hələ sosial şəbəkə haqqında ətraflı məlumat yoxdur. Lakin ekran görüntülərinə baxdıqda tətbiqin tvitterin sadələşdirilmiş versiyası olduğunu görmək mümkündür.
Qeyd edək ki, Cek Dorsi 2019-cu ildə paylaşdığı tvitterdə mərkəzləşdirilməmiş sosial media yaradacağına işarə etmişdi.
QAZİLER.AZ