48 yaşlı Mark Kyusak o məşum məktub aldıqda "həyatının ən böyük şokunu" yaşayıb. Orada deyilirdi ki, o... ölüb.
Mesaj yalnız uğursuz səhv deyildi; Mark fırıldaqçıların qurbanına çevrildiyindən şübhələnir.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, qəribə məktubu alan şəxs tezliklə “axirət”in ilk çətinlikləri ilə üzləşir. Vergilərini ödəyə bilmir və s. Bundan əlavə, onun britaniyalı analoqu SNILS ləğv edilir.
Başına gələnləri "Daily Mail"-ə danışan Mark bildirib ki, yenidən "sağ qalmaq" asan olmayıb. "Xəstəxanaya getməli oldum, orada həkim rəsmi ifadə verdi ki, xəstə qəbula şəxsən gəlib və hazırda həqiqətən sağdır.
Həkim vəziyyəti yumorla qəbul edib və zarafatla sığortanı nağdlaşdırmağı məsləhət görüb. Markın özü isə gülmür: onun hələ də bərpa etmək üçün bir dəstə sənədi var. Bax budur, ruhsuz bürokratiya!
QAZİLER.AZ