Görünür, istifadəçinin istəyi ilə korpusun rəngini dəyişə bilən smartfonlar mobil elektronikanın inkişafında yeni trendə çevrilə bilər.
Qaziler.az xəbər verir ki, “Tecno” yeni konseptin videoçarxını nümayiş etdirib. Belə bir özəlliyə malik smartfonun rəngini 1600 çalar arasından seçim edərək dəyişməyin mümkün olacağı iddia edilir.
İstehsalçı iddia edir ki, texnologiya əlavə displeylərin və ya digər işıq yayan komponentlərin istifadəsini nəzərdə tutmur.
Bu texnologiyanın proqram təminatı əllə idarə olunacaq. Rənglərin dəyişdirilməsi bir anda baş verəcək - 0,03 saniyə...
Yeni texnologiya hələ cihazlarda istifadə edilməsə də, çox güman ki, tezliklə istehsalçı şirkətin yeni seriyasında xameleon smartfonlar gömrək mümkün olacaq.
QAZİLER.AZ