Yaponlar şarla kosmosa turist göndərəcək - FOTO

Yaponlar şarla kosmosa turist göndərəcək - FOTO backend

Yaponiyaya məxsus “Iwaya Giken” şirkəti turistləri kosmosa apara bilmək üçün şar hazırlayıb.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə şirkətin rəhbəri Keisuke İvaya açıqlama verib. O bildirib ki, kosmosa uçmaq üçün artıq turistlərin milyarder olması və ya çətin bir təlimdən keçməsinə ehtiyac yoxdur.

Şirkət 2012-ci ildən bu layihə üzərində işləyir. Şirkət o vaxtdan iki nəfərlik kabini olan, 25 kilometr hündürlüyə qalxa bilən, Yerin əyrisini aydın şəkildə müşahidə etməyə imkan verən şar hazırladığını qeyd edib. Balon təxminən stratosferin ortasına qalxacaq. Uçan reaktiv təyyarədən daha yüksəkdə olacaq sərnişinlər kosmosu müşahidə edə biləcəklər.

İlkin olaraq bir uçuşun qiyməti təxminən 24 milyon yen (180 min dollar) olacaq. Lakin şirkət gələcəkdə bunu 30-40 min dollara endirməyi planlaşdırır.

Əldə edilən məlumata görə, bu ilin sonunda ilk turistlər sözügedən şarla səmaya qalxa biləcəklər.

QAZİLER.AZ

Diaspora