Türkiyədə yaşanan faciədən sonra zəlzələ qorxusu insanların ev heyvanlarına marağını artırıb.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, bəzi alimlərin heyvanların zəlzələni hiss etməsinə dair açıqlamaları quşların satışını çoxaldıb.
Belə ki, zoo mağazalarda quşların, hətta pişik və itlərin satışlarında artımın olduğu bildirilir.
Hadisədən əvvəl evində quş saxlayan bəzi insanlar quşların həddindən artıq səs çıxartdıqlarını, narahat olduqlarını qeyd ediblər.
“Zəlzələdən əvvəl quşların çırpındığını, nəyinsə baş verəcəyini hiss etdiklərii söyləyirlər. Ən azı 3 dəqiqə əvvəl hadisə ilə bağlı xəbərdarlıq etdiklərini deyirlər. Bu 3 dəqiqə insanlar üçün evdən qaçmağa şans deməkdir. Az müddət deyil”, - mağaza satıcısı deyib.
QAZİLER.AZ