Süni intellekt texnologiyası ilə təchiz edilmiş robotlar bu gün hər sahədə peyda olmağa başlayıb. Son zamanlar ev işlərində kömək edən robotlar artıq çox populyardır.
Qaziler.az NTV-yə istinadla xəbər verir ki, aparılan yeni araşdırmaya görə, 2033-cü ilə qədər ev işlərinin 39 faizini robotlar edəcək.
Mütəxəssislər avtomatlaşdırmanın özünü ən çox ərzaq alış-verişi sahəsində göstərəcəyini, ən aşağı isə uşaq və yaşlı baxımında olacağını düşünür.
Tədqiqatçılar tozsoranlar kimi məişət işlərini görən robotların dünyada ən çox istehsal edilən və satılan robotlar olduğunu müşahidə ediblər.
Qeyd etmək lazımdır ki, sözügedən məlumatlar yalnız təxminlərdir. Çünki tarixdə texnologiya sahəsində bəzi proqnozların həyata keçdiyini görürük.
Məsələn; 1900-cü illərin əvvəllərində verilən proqnozlarda 21-ci əsrdə uçan avtomobillərin həyatımıza daxil olacağı deyilirdi. 2023-cü ildə bir neçə layihəni nəzərə almasaq, hələ də buna xas tam icra olunmuş bir nümunə yoxdur.
QAZİLER.AZ