ABŞ alimləri qiymətli metallarla dolu ulduz sistemi kəşf ediblər. Sözügedən sistemdə qızıl, gümüş və platin kimi çoxlu qiymətli metallar var.
Qaziler.az xəbər verir ki, NTVnin məlumatına görə, ekspertlər “CPD-29 2176” adlı sistemin kilonavala çevriləcəyini və bu hadisə zamanı qızıl, gümüş, platin kimi qiymətli metalların böyük miqdarda ortaya çıxacağını bildirirlər.
Onların fikrinə görə, qiymətli komponentlər bu hadisə zamanı kosmosa dağılacaq və yağış şəklində yağacaq.
Alimlər sözügedən ulduz sisteminin olduqca nadir olduğu və onlardan yalnız 10 ədədinin olduğunu düşünürlər.
Kilonova iki neytron ulduzu birləşdikdə və ya bir neytron ulduzun qara dəliklə qovuşması zamanı baş verən astronomik hadisədir.
QAZİLER.AZ