ABŞ-da 85 yaşlı qadın timsah hücumu nəticəsində ölüb

ABŞ-da 85 yaşlı qadın timsah hücumu nəticəsində ölüb backend

85 yaşlı qadın itini gəzdirərkən timsah hücumu nəticəsində həyatını itirib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, qadının iti hücumdan sağ çıxıb və timsah ərazidən uzaqlaşdırılıb.

ABŞ-ın Florida ştatında 85 yaşlı qadın dünən günorta saatlarında itini Fort Pirs yaxınlığında kanalın kənarında gəzdirərkən 3,3 metrlik timsahın hücumuna məruz qalıb.

İt hücumdan sağ çıxsa da, qadın ölüb.

Timsah Floridanın Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyası tərəfindən izlənərək ərazidən uzaqlaşdırılıb.

Bölgədə nadir olsa da, ölümcül nümunəvi hücumlar baş verdiyi bildirilir.

QAZİLER.AZ

 

Diaspora