Almaniyanın Münhen şəhəri dünyanı tək səyahət edən turistlər üçün Avropanın ən təhlükəsiz şəhəri kimi tanınıb.
Qaziler.az xəbər verir ki, “Ekspress”də dərc edilən məlumata görə, səyahət ekspertlər cinayət nisbətlərinə, təhlükəsizlik indeksinə və “TikTok”da həştəqləri tədqiq edən “Looking4.com”un nəticələrinə əsasən bu qənaətə gəliblər.
Nəticədə, Bavariyanın Münhen şəhəri aşağı cinayət nisbətinə və “TikTok”da ona yüksək marağa görə təhlükəsizlik reytinqində birinci yeri tutub.
2023-cü ildə Avropanın ən təhlükəsiz şəhərlərinin sıralamasına gəldikdə:
1. Münhen, Almaniya.
2. Sürix, İsveçrə
3. Praqa, Çexiya.
4. Zaqreb, Xorvatiya.
5. Timişoara, Rumıniya.
6. Helsinki, Finlandiya.
7. Krakov, Polşa.
8. Bazel, İsveçrə
9. Bern, İsveçrə
10. Kluj-Napoka, Rumıniya
Daha əvvəl səyahət mütəxəssisləri dünyanı tək səyahət edən qadınların gedəcəyi ən təhlükəsiz ölkələri müəyyən ediblər. Siyahıya İrlandiya, Avstriya və Norveç başçılıq edir.
QAZİLER.AZ