Drone texnologiyasının sürətlə inkişafı şirkətlərə bu texnologiyanı daha da təkmilləşdirərək bir çox sahədə istifadə etməyə imkan verir. Məsələn, yükdaşıma şirkətləri dronlardan istifadə edərək sürətli və təhlükəsiz çatdırılmaların həyata keçirilməsi üçün çalışırlar. Eyni zamanda, dronlardan tez-tez sənədli və film çəkilişlərində istifadə olunur.
Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqatçılar quşların ümumi görünüşünü və hərəkətlərini modelləşdirmək üçün quşun müəyyən hissələrini və dron mexanizmlərini birləşdiriblər.
Elm adamları ölü quşların bədənlərindən istifadə edərək, dronların bir gün vəhşi təbiətdəki həyatı gizlicə izləmək üçün istifadə edilə biləcəyini deyirlər.
Digər tərəfdən, sözügedən dronlardan hərbi məqsədlər üçün casusluq etməkdə də istifadə oluna biləcəyi vurğulanıb.
QAZİLER.AZ