Türkiyədə Qaziantepin İslahiyə rayonunda qarşı-qarşıya olan iki dağ yeraltı təkanlardan sonra birləşib. Qaya parçalarının dərə yatağına dolması nəticəsində əriyən qar sularından göl yaranıb.
Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, bölgədə qarın əriməsi zamanı dərə yatağı işlək halda olmadığı üçün bir həftə ərzində ərazidə təbii göl əmələ gəlib.
Baş verən dəyişiklikdən sonra qaya parçalarının təhlükə yaratmadığı müşahidə edilib və ortaya çıxan təbii gölün ətarında əlaqədar qurumlar bəzi işlərə başlayıblar.
QAZİLER.AZ