“Qiyamət buzlaqları” sürətlə əriyir

“Qiyamət buzlaqları” sürətlə əriyir backend

Yeni bir araşdırma “Qiyamət buzlağı” olaraq bilinən “Thwaites” buzlaqlarının çox sürətlə əridiyini ortaya çıxarıb.

Qaziler.az xəbər verir ki, 13 ABŞ-li və ingilis alimləri 2019-cu ilin sonu və 2020-ci ilin əvvəlində buzlaqlarda bir həftəlik araşdırma aparıb.

Bölgədə “İcefin” adlı sualtı robot vasitəsilə sensorlarla araşdırma aparılıb. Araşdırmada isti suyun yarıqlara və terras kimi tanınan digər açıqlıqlara doğru hərəkət etməsi nəticəsində təxminən ABŞ-nin Florida ştatı böyüklüyündə olan buzlaqda ən azı 30 metr ərimə meydana gəldiyi müəyyən edilib.

Tədqiqatçılar bildirirlər ki, buzlaqlardakı yarıqlar və terraslar vasitəsilə ərimə “Thwaites” buzlağının şelfinin dağılmasına səbəb ola bilər.

Alimlər hesab edirlər ki, "Thwaites" Qərbi Antarktidada təbii bənd rolunu oynayır və bu buzlaq çökərsə, qlobal dəniz suyunun səviyyəsi təxminən 3,5 metr yüksələ bilər. Həmçinin “Thwaites” buzlaqının domino effekti yaradacağını, Antarktidadakı digər buzlaqları hərəkətə gətirərək böyük fəlakətə səbəb olacağını bildirirlər.

QAZİLER.AZ

Diaspora