Çinin Zhengzhou şəhərində yerləşən dünyanın ən böyük “iPhone” istehsal mərkəzində koronavirusa yoluxma aşkarlandığı üçün istehsal yavaşlamışdı. Belə ki, Çinin tətbiq etdiyi sərt karantin qaydalarına görə “iPhone 14”lərin istehsalında problem yaşayan şirkət istehsalı Çindən uzaqlaşdırmağa çalışır. Belə ki, texnologiya nəhəngi “Apple” istehsal məkanını yavaş-yavaş Çindən Hindistana köçürür.
Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, əldə edilən məlumatlara görə, Hindistanda istehsal olunan hər iki “iPhone”dan birinin korpusunda problem aşkarlanıb. Məlum olub ki, Hindistanda “Apple” istehsalçısı olan digər “Foxconn” fabrikinə göndərdiyi ayfonların yalnız 50 faizinın qaydasında olduğu ortaya çıxıb.
“Apple” 2027-ci ilə qədər “iPhone” istehsalının yarısını Hindistana köçürməyi planlaşdırırdı. Lakin gələn son xəbərlər şirkətin planlarını alt-üst edib.
QAZİLER.AZ