Analitiklər bu il smartfonların qiymətlərində yüksək stoka görə böyük eniş gözləyirlər.
Qaziler.az xarici mediaya istinadla xəbər verir ki,koronavirus epidemiyası ilə avtomobil sənayesində başlayan çip təchizatındakı problemlər daha sonra məişət elektronikasına yansıyıb.
Aylar keçsə də həll edilə bilməyən çip böhranı 2022-ci ildə smartfon bazarına da təsirini davam etdirib.
Belə ki, ilin son rübündəki satışlar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,3 faiz azalıb. 2022-ci ilin son rübündə satılan telefonların sayı 300,3 milyon olaraq qeyd edilib.
Analitik Ming-Chi Kuo bildirib ki, smartfon istehsalçıları mobil cihazlara tələbatın zəif olması səbəbindən həddindən artıq yüksək ehtiyatlarla üzləşirdiyini, bunun da ciddi problem olduğunu bildirib. Bu, smartfon istehsalçılarının qiymət müharibəsinə girməsinə səbəb olacaq və artan rəqabət qiymətləri aşağı salacaq.
Mümkün endirimlərin ölkəmizdə satılan smartfonların qiymətlərində əksini tapıb-tapmayacağını isə zaman göstərəcək.
QAZİLER.AZ