Norveçin Svalbard bölgəsində buzlaqları araşdıran alimlər zəhərli kimyəvi maddələrlə rastlaşıblar.
Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, qlobal istiləşmə ilə əlaqədar olaraq Yer kürəsinin orta temperaturu davamlı artır. Nəticədə buzlaqlar tədricən yox olur və dünya təlküləylə üzləşmək duruma gəlir.
Qlobal istiləşmənin təsir etdiyi buzlaqlarda isə itkilər yaşanır. Aparılan son araşdırmalara görə, Norveçin Svalbard bölgəsindəki buzlaqları araşdıran alimlər canlıların həyatı üçün təhlükə yaradan zəhərli kimyəvi maddələr aşkar ediblər. Aşkar edilən PFAS adlı kimyəvi maddənin ən zəhərli kimyəvi maddə olduğu və canlı həyatı təhdid etdiyi bildirilib.
Tədqiqatçıların fikrincə, buzlaqların əriməsi və yüksək zəhərli kimyəvi maddələrin su ehtiyatlarına qarışması nəticəsində ərazidəki plankton, balıq, suitilər və qütb ayıları kimi vəhşi təbiət təhlükə altında ola bilər.
Bu maddələr ətrafda və insan orqanizmində son dərəcə qalıcı olduqları üçün “sonsuz kimyəvi maddələr” kimi də tanınır. Bundan başqa, bu maddələrin qaraciyər zədələnməsi, qalxanabənzər vəzi xəstəlikləri, piylənmə, fertillik problemləri və xərçəng kimi sağlamlıq problemlərinə səbəb ola biləcəyi də qeyd edilir.
QAZİLER.AZ