Qatlanabilən “Samsung”larda ekranlar çatlamağa başlayıb - FOTO

Qatlanabilən “Samsung”larda ekranlar çatlamağa başlayıb - FOTO backend

Qatlanabilən “Samsung Z Fold 3” smartfonlarının sahibləri zəmanət müddəti bitdikdən az sonra ekranın ortasında çatların yaranmasından şikayətlənməyə başlayıblar.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə şikayətlər “Reddit” və digər ososial şəbəkələrdə paylaşılıb.

Onların hamısı smartfonu yerə salmadıqlarını və gündəlik istifadə zamanı displeyin açılışlarından birində ekranda çatların əmələ gəldiyini iddia edirlər: məsələn, bir gecəlik şarjdan sonra. Reallıqda necə göründüyünü aşağıdakı fotoda görə bilərsiniz.

İstifadəçilərdən biri nasazlıqla qarşılaşdıqdan sonra “Samsung”un servis xidməti ilə əlaqə saxladığını iddia edir. Orada ona displeyi 800 dollara təmir etdirməyi məsləhət görüblər. Bu isə smartfonun ilkin dəyərinin demək olar ki, 70%-ni təşkil edir.

Şirkət hələlik şikayətlərə münasibət bildirməyib.

QAZİLER.AZ

Diaspora