“Titanik”in qəhrəmanlarının ikisi də sağ qala bilərdi: Elmi təcrübə

“Titanik”in qəhrəmanlarının ikisi də sağ qala bilərdi:  Elmi təcrübə backend

Kanadalı kinorejissor, ssenarist Ceyms Kemeron tənqidçilərin şərhlərinə cavab verib.

"Titanik" filminin əsas qəhrəmanlarından biri - Cek (Leonardo DiCaprio) gəmi qəzasından sonra buzlu okeanda üzən taxtada sevimli Rouzla (Keyt Uinslet) oturub sağ qala biləcəyi ilə bağlı iradlara cavab olaraq, rejissor Ceyms Kemeron bu nəzəriyyəni sınaqdan keçirmək üçün elmi təcrübə tapşırmaq qərarına gəlib.

Qaziler.az-ın məlumatına görə, RollingStone yazır ki, təcrübə NatGeo-nun fevralın 5-də yayımlanan Titanic: 25 Years Later xüsusi filmində nümayiş etdiriləcək.

"Filmi mümkün qədər dəqiq etmək üçün bütün səylərimizə baxmayaraq, bəzi pərəstişkarların qəbul edə bilmədiyi bir şey var: onlar təkid edirlər ki, Cek Rouzla birlikdə üzən taxtanın üstünə çıxsaydı, sağ qala bilərdi", - Cemeron deyir.

Nəzəriyyə soyuğun insan orqanizminə təsirini öyrənmək üzrə ixtisaslaşan doktor Cim Kotterin tərəfindən Yeni Zelandiya laboratoriyasında sınaqdan keçirilib.

Cek və Rouzla eyni boyda və çəkidə olan iki kaskadyor filmdəkinə bənzər lövhə ilə birlikdə  suya yerləşdirilib. bədənlərin və suyun istiliyinə xüsusi termometrlər vasitəsilə nəzarət edilib.

Müəyyən edilib ki, Cek həqiqətən buzlu suda 20 dəqiqədən çox qalsaydı, klinik hipotermiya yaşayardı. Xilasedicilər Rozu iki saat sonra tapdıqlarından, Cek mütləq o vaxta qədər öləcəkdi.

Hər ikisi taxtaya otursa və ayaqlarını tamamilə suda qoysalar, çox güman ki, birlikdə donaraq öləcəkdilər.

Əgər ikisi salın üstündə diz çöküb ara-sıra qucaqlaşsaydılar, sal çox qeyri-sabit olduğu  üçün onunla birlikdə aşmaq riski də böyük olardı.

Əgər onlar yalnız baldırları suda qalmaqla salın üzərinə sığa bilsəydilər, o zaman ikisi də xilasedicilər gələnə qədər dayana bilərdilər.

Kemeron qeyd edib ki, “laboratoriya şəraitində” filmdəki situasiyada qəhrəmanların yaşadığı stressi və digər detalları tam şəkildə canlandırmaq mümkün deyil. Lakin o, etiraf edib ki, eksperimentin məlumatlarını nəzərə alaraq filmi indi çəksəydi, salı daha kiçik edərdi.

QAZİLER.AZ

Diaspora