Stalinin müəmmalı DNT kodu...

Stalinin müəmmalı DNT kodu... backend

Liderin milliyyəti məlum oldu...

İosif Stalin tarixdə qəddarlığı ilə iz qoyan lider olub. Onun haqqında hələ sağlığında belə dəqiq məlumat əldə etmək çətin olub. Şəxsi tərcümeyi-halında atası İosif Vassarionoviçin Gütcüstanın Qori şəhərindən olduğu yazılıb. Lakin onu tanıyan dostları Osip Mandelstam, Leon Trotski və digər tanışları Stalinin osetin olduğunu söyləyirdilər. 

Bəli, ziddiyyətli məlumatlar dəqiq məlumatı bəlkə də kölgədə qoyurdu. Nəhayət, Professor Anatoli Klesov bu şübhələrə son qoymaq qərarına gəlir. Beləliklə, liderin nəvəsi Aleksandr Burdonskidən DNT analizi götürülür. Məlumat üçün bildirək ki, o Stalinin oğlu Vasilinin övladıdır.

QAZİLER.AZ Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Klesovun araşdırması sona yetib. Və məlum olub ki, Aleksandr  Burdonskinin test analizlərinin nəticələrinə görə onun əcdadlarının Osetin millətinə mənsubluğu məlum olub. Bu da Stalinin gürcü yox, osetin olduğunu sübuta yetirib.

QAZİLƏR.AZ

Diaspora