Tədqiqatçılar ümumilikdə beş yeni sürünən növünü kəşf ediblər.
Alimlər Panama meşələrində beş yeni ilan növü aşkar ediblər.
Qaziler.az bildirir ki, Live Science-nin xəbərinə görə, gözləri yanan kömürü xatırladan ilanlardan birinə Di Kaprionun adı verilib.
“Bu yeni ilan növləri bu bölgədə yeni növlərin kəşf edilməsi baxımından aysberqin görünən hissəsidir. Lakin [qızıl və misin] qeyri-qanuni hasilatı bu sürətlə davam edərsə, gələcəkdə heç bir kəşf etmək mümkün olmaya bilər”, - aparıcı müəllif Alejandro Arteaqa bildirib.
QAZİLER.AZ