NASA-nın Marsdakı tədqiqatçısı “Perseverance” 10 nümunə toplamaq missiyasını uğurla başa vurub.
Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, NASA tərəfindən hazırlanan “Perseverance” 30 iyul 2020-ci ildə Marsa buraxılıb.
Marsda geoloji prosesləri, onun yaşamaq üçün uyğunluğu, əvvəllər Marsda həyatın olub-olmamasını və bioloji izləri araşdıran “Perseverance” eyni anda müxtəlif nümunələr də toplayır.
NASA verdiyi açıqlamada Mars tədqiqatçısının 10 nümunəni müvəffəqiyyətlə topladığı bildirilib.
Toplanmış nümunələrin 2030-cu ildə Yerə çatacağı və daha sonra Marsda mümkün həyatın olub olmaması haqqında bilgilər əldə ediləcəyi gözlənilir.
Marsdakı "Jezero" kraterindən toplanan nümunələr orada bir vaxtlar suyun olub-olmadığını anlamağa kömək edəcək.
Hazırda Marsa göndərilən bu tədqiqatçıdan növbəti iki il ərzində mümkün qədər çoxlu qaya nümunəsi toplamaq və onları 2028-ci ildə planetə ötürmək tələb olunur.
QAZİLER.AZ