Çinli alimlər Günəşdəki partlayışları laboratoriyada yaratdı

Çinli alimlər Günəşdəki partlayışları laboratoriyada yaratdı backend

Çin alimləri laboratoriya şəraitində lazer şüaları ilə Günəşdəki partlayışların özəlliklərini əks etdirən bir təcrübə aparıblar.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, Günəş partlayışları Günəşdə baş verən şiddətli partlayışlara deyilir. Bu partlayışlar milyardlarla meqaton gücündədir və 1 milyon km/saat sürətlə hərəkət edir.

Nəticədə nəhəng enerji buraxan Günəş partlayışlarından Yerin atmosferinə kiçik dalğa uzunluğunda radiasiya hissəcikləri daxil olur.

Təcrübədə Günəşdə partlayışlar yaradan plazmaların strukturunu meydana gətirdiyi düşünülən “şiddətli maqnit birləşmələr” süni şəkildə yaradılıb.

Tədqiqatçılar yüksək gərginlikli lazer sistemindən istifadə edərək Günəşdə partlayışların əmələ gəlməsi prosesinin genişlənmiş simulyasiyasını aparıblar.

Metodun astronomik müşahidələr əsasında yaradılmış nəzəri modellərin sınaqdan keçirilməsinə imkan yaradacağını vurğulayan tədqiqatçılar Günəşdəki partlayışların və digər enerji tutumlu astrofiziki hadisələrin anlaşılmasına, yeni fiziki proseslərin kəşfinə töhfə verəcəyini bildiriblər.

QAZİLER.AZ

Diaspora