Misirdə tarixi bir kəşfə imza atılıb.
Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, Giza şəhərində çoxəsrlik tarixi Sakkara ərazisində qədim Misirə aid yeni əsərlər aşkar edilib. Arxeoloji araşdırmaları zamanı fironun sülaləsinə aid mumiya, heykəl və bəzi dəyərli əsərlər tapılıb.
Misirli arxeoloq və Qədim Tarixi Əsərlər naziri Zahi Havas Sakkara bölgəsində aparılan qazıntılar və tapılan yeni əsərlər haqqında açıqlama verib. O bildirib ki, qazıntılarda tapılan əsərlərin 4300 illik tarixi yaşı olduğu təxmin edilir.
Havas əsərlərin 5-ci fironlar sülaləsinə (e.ə. 2487-2449) və 6-cı fironlar sülaləsinə (e.ə. 2345-1821-ci illər arasında) aid olduğunu bildirib.
“Tapılan mumiya kişiyə məxsusdur. Onun adı Heka Şibsdir. Bu tabut 4300 ildir ki, açılmayıb. Bu, tapılan kral mumiyalarından başqa, bu günə qədər tapdığımız ən qədim mumiyadır”, - deyə arxeoloq açıqlayıb.
QAZİLER.AZ