Dünyanın ən kiçik Qurani Kərimi - FOTO

Dünyanın ən kiçik Qurani Kərimi - FOTO backend

Eni 1,5 santimetr, uzunluğu 2,5 santimetr olan, yaşıl örtüklü Quran görənləri təəccübləndirir. Mətni çox kiçik olduğundan kitabı ancaq böyüdücü şüşə ilə oxumaq olar.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, dünyanın ən kiçik Qurani Kərim nüxəsi İrodaniyanın paytaxtı Ammanın qərbində Salt şəhərindəki bir muzeydə saxlanılır.

İordaniyalı İbrahim Əhməd Nevvar Qurani-Kərimin ən kiçik nüsxəsini təsis etdiyi Qalıcı Xalq İrsi Muzeyində qoruyub saxlayır.

Quran nüsxəsinin çap edilmə tarixi yazılmayıb. Kitabın göstəricisi ilə bütün surələrin göründüyü, vərəqlərinin nömrələndiyi və incə ornamentlərlə diqqətlə bəzədildiyi bildirilir.

Mütəxəssislər kitabın 20-ci əsrin əvvəllərində nəşr edildiyini bildirirlər. Kağızın tarixçəsini bilənlər onun yüksək keyfiyyətdə olduğunu, emal və çapının gözəl sənətlə hazırlandığını təsdiqləyirlər.

İordaniyalı Nevvar bu Quranın türklər tərəfindən çap olunduğunu düşünür.

QAZİLER.AZ

Diaspora