Avropa Birliyi yağdan təmizlənmiş və toz halına salınmış həşəratların pizza və makaron kimi hazır məhsullara əlavə ediməsinə icazə verən qərar imzalayıb.
Qaziler.az “RT”yə istinadla xəbər verir ki, qərar 24 yanvar tarixindən Avropa İttifaqı vətəndaşlarına təqdim ediləcək.
Avropa Qida Təhlükəsizliyi Təşkilatının elmi rəyinə əsasən, həşəratlardan ibarət qatqı maddəsinin ilk olaraq taxıl məhsullarına, peçenye, pizza və makaron kimi məhsullara, daha sonra bütün məhsul çeşidinlərində qatılmasına icazə veriləcək.
2021-ci ilin avqustunda Avropa Qida Təhlükəsizliyi Təşkilatı belə nəticəyə gəldi ki, bütün həşəratlardan alınan dondurulmuş və qurudulmuş formulalar tövsiyə olunan istifadə səviyyələrində təhlükəsizdir. Bununla belə, səlahiyyətlilər həşəratların bəzi istehlakçılarda allergik reaksiyalara səbəb ola biləcəyini qeyd ediblər.
Belə ki, yetişkin həşəratlar bağırsaqlarındakı atqılardan təmizlənmək üçün 24 saat ac saxlanılır. Daha sonra dondurulur, yuyulur, istilikdən keçirilərək yağları çıxarılır və toz halına gətirilir.
Böcək yeyənlər təkidlə qeyd edirlər ki, böcəklər bəşəriyyətdə karbon izini azaltmaqla yanaşı, heyvan zülalının mühüm mənbəyinə çevrilə bilər. Həşərat fermalarının ənənəvi heyvandarlıqdan ekoloji cəhətdən daha təmiz olduğuna inanılar. Həmçinin, böcəklər ətə daha sərfəli alternativ kimi təqdim edilir.
QAZİLER.AZ