Timsah camışı ovlaya bilmədi - VİDEO

Timsah camışı ovlaya bilmədi - VİDEO backend

Parkda safaridə olanlar timsahla camışın "ölüm-dirim savaşı"nı izləyiblər.

Qaziler.az ensonhaber.com-a istinadən bildirir ki, hadisə Cənubi Afrikadakı Kruger Milli Parknda baş verib.

Nə olacağından xəbərsiz camış sürüsü su ehtiyacını ödəmək üçün gölə girib.

Timsahın qəfil hücumu ilə üzləşən sürü  qaçıb. Lakin sürüdəki camışlardan biri timsah canını qyrtara bilməyib.

Dişləri ilə camışı burnundan yerə yıxmaq istəyən timsah böyük səy göstərib.

Çarəsiz heyvan geriyə gedərkən timsahı da sürükləyib və həmin anlar safaridə olanlar tərəfindən lentə alınıb.

Lakin camışı ovlaya bilməyəcəyini anlayan timsah yenidən suya girərək gözdən itib.

QAZİLER.AZ videonu təqdim edir:

Diaspora