Türkiyənin Kocaeli vilayətində atlar evlənib.
Qaziler.az ensonhaber.com-a istinadən bildirir ki, atçılıq klubunda atlar üçün xına gecəsi, sonra zurna-qavalla toy keçirildi.
Klubun dişi atlarından olan “Rapunzel” və erkək atlarından olan “Miltəkin” üçün xına gecəsi keçirilib.
Daha sonra iki at öz həyatlarını zurna-qavallı toy ilə birləşdirdilər.
Toyda Rapunzel duvaq, Miltekin isə lentdən hazırlanmış papyon taxıb.
Hər iki at məclisə gətirilən zaman nağara və zurna çalınmış, iştirakçılar atlarla birlikdə halay çəkiblər.
Gəlinin duvağı açıldıqdan sonra zinət mərasimi başlayıb.
Atlar üçün ən xoş hədiyyə isə bir taya saman olub.
Maraqlı keçən toy rəngli görüntülərlə yadda qalıb.
QAZİLER.AZ toyun görüntülərini təqdim edir: