Rumıniyalı nazir canlı efirdə yuxuya getdi – VİDEO

Rumıniyalı nazir canlı efirdə yuxuya getdi –  VİDEO backend

Rumıniyanın kənd təsərrüfatı naziri Petre Dea yerli “Antena 3” telekanalının canlı efirində yatıb.

O, Ukrayna münaqişəsinin rumın fermerləri üçün mənfi nəticələrini müzakirə edərkən xoruldayıb.

Aparıcı nazirə zəng edərək Ukrayna böhranı səbəbindən iflasla üzləşən rumın fermerlərinin taleyini soruşub. Dea isə suala xoruldama ilə cavab verib.

Jurnalist yuxuda olan məmura yenidən zəng edəcəyinə söz verib.

Nazir hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Diaspora