İnternet mühitində hər şeyin alt-üst olduğunu qeyd edən texnologiya yazarı Füsun Sarp Nebil texnologiya şirkətlərinin cəmiyyətə verdiyi zərərlərlə bağlı diqqətçəkən yazı yazıb.
Qaziler.az xəbər verir ki, “T24” yazarı Nebil qeyd edib ki, bu gün “Google”, “Facebook”, “Twitter”, “Amazon”, “Microsoft” və “Apple” kimi şirkətlər dövlətləri təhdid etmək gücünə sahib olublar:
“Biz bu haqda son 5-6 ildir danışırıq; İnternet nəhəngləri sərhədsiz strukturları, ödənilməmiş vergiləri və hər bir işə əl atmaları ilə inhisarçılıq sayəsində lazım olduğundan daha çox böyüyüblər. Qazancları ilk 10 ölkədən sonra sadalanacaq səviyyəyə çatıb. Roma, Monqolustan, Osmanlı İmperiyaları və sonrakı krallıqlar kimi qitələrarası imperiyaların dövrü 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində başa çatıb. Uğurlu olub-olmamasından asılı olmayaraq, 20-ci əsrdə demokratiya və sosializm dövrü hökm sürdü. Ancaq 21-ci əsrdə, deyəsən, biz yavaş-yavaş “korporativ səltənətlərə” daxil oluruq.
Bunlar yeni nəsil krallıqlarıdır. İş o yerə çatıb ki, başqa şirkətləri alıb və ya məhv etməklə, demək olar ki, hər sahəni ələ keçiriblər. Yeni nəsil krallıqlar indi ölkələrin hökumətlərini təhdid edir", - deyə yazıda vurğulanıb.
QAZİLER.AZ