10 ildən çoxdur texnologiya nəhəngi “Apple”ı idarə edən Tim Kuk yeni ildə maaşını azaldıb.
Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, “Apple” CEO-su könüllü olaraq maaşının 40 faiz azaldıb. Bu qərarla Kukun maaşı 2023-cü ildə 49 milyon dollara düşəcək. Lakin onun ötən il 84 milyon dollarla yanaşı, əlavə gəlirlər əldə etdiyi də bildirilir.
Bununla yanaşı, şirkətdən Kuka verilən səhmlərin faizinin 2023-cü ildə 50 faizdən 75 faizə yüksələcəyi qeyd edilib.
Məlumatda qeyd edilir ki, şirkət aparıcı texnologiya nəhəngləri arasında yer almağa davam etsə də, onun bazardakı dəyəri ötən il təqribən 27 faiz azalıb və 1 trilyon dollar itirib.
QAZİLER.AZ