Dünya mədəni irsinin ən əhəmiyyətli strukturlarından biri olan Ayasofya məscidi müxtəlif ölkələrdən gətirilən, tikintisində istifadə edilən 30-dan çox müxtəlif mənşəli daşlarla bəzədilən “təbii daş muzeyi”ni xatırladır.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, Şərqi Roma və Osmanlı İmperatorluğunun izlərini daşıyan məscid memarlıq və bədii xüsusiyyətləri ilə yanaşı, tikintisində istifadə olunan müxtəlif növ təbii daşlarla da zəngindir.
Ayasofyada aparılan təhlillər zamanı 30-dan çox müxtəlif növ və mənşəli təbii daşdan tikinti, örtük və bəzək daşları kimi istifadə edildiyi müəyyən edilib.
Ayasofyanın ilk inşaat dövründə Yunanıstan və adaları ilə yanaşı Misir, Tunis və Fransa kimi ölkələrdən Muğla, Kocaeli, Afyon, Dənizli, Biləcik və Mərmərə adasından gətirilən daşlardan istifadə edildiyini bildirib.
QAZİLER.AZ