Pələnglər "iş" və "ev" arasında vaxtı necə bölür?

Pələnglər "iş" və "ev" arasında vaxtı necə bölür? backend

Balaları ilə daha çox vaxt keçirməyə çalışan ana pələng öz ov ərazisini məhdudlaşdırır və daha böyük ov əldə etməyə çalışır. 

Uşağın doğulması ilə valideynlər vərdişlərini, iş rejimini, ümumiyyətlə, bütün həyatlarını tənzimləməlidirlər - xüsusən də hansı səbəbdənsə valideyn təkdirsə.

Eyni şey vəhşi heyvanlarla da təkrarlanır, xüsusən də yalnız dişilərin nəsil yetişdirdiyi heyvanlarda, məsələn, Amur pələnglərində olduğu kimi.

Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Sakit Okean Coğrafiya İnstitutunun, Sıxote-Alin Biosfer Qoruğunun və Təbiəti Mühafizə Cəmiyyətinin tədqiqatçıları qoruqda yaşayan və burada balaları dünyaya gələn "Varvara" adlı pələngin boynuna taxılan GPS vasitəsi ilə davranışlarını öyrəniblər.

Pələng balalarının doğulması ilə Varvara, birincisi, onları qidalandırmalı, ikincisi, onları ayı, canavar və ya vaşaq kimi digər yırtıcılardan qorumalı idi. Bundan əlavə, hər bir pələngin öz ov sahəsi var və bu sahədə mütəmadi olaraq burada  "kimin kim olduğunu" xatırlatmaq lazım gəlir.

"Mammal Research" jurnalında dərc olunan məqalədə deyilir ki, pələng Varvara balaları doğulandan sonra daha az "dövrə vurmaq üçün" ov sahəsini kiçildib.

Və "işə" çıxmaq lazım gələndə daha sürətli hərəkət edib və yuvaya qayıtmaq vaxtı gələndə ən qısa yolu seçərək, yenə həmişəkindən daha sürətli gedib.

Nəhayət, balalar çox çox körpə olanda (yəni ilk iki ayda) Varvara balalarla daha uzun müddət qala bilmək üçün daha böyük yırtıcı ovlamağa çalışırdı. Balalar böyüdükdə və artıq yuvanı tərk edə bildikdə isə onları ova aparmağa başlayıb.

QAZİLER.AZ

 

Diaspora