Ozon təbəqəsi 50 il ərzində bərpa ola bilər

Ozon təbəqəsi 50 il ərzində bərpa ola bilər backend

Birləşmiş Millətlər Təşkilatı bildirib ki, ozon təbəqəsinin qorunması səyləri nəticə verir və bərpası onilliklər çəkə bilər.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, ozonosfer və ya ozon təbəqəsi stratosferin yuxarı hissəsində Günəşdən gələn zərərli şüaların yerə çatmasının qarşısını alan qoruyucu təbəqədir.

Bu təbəqənin zədələnməməsi çox vacibdir. Çünki Günəşdən gələn və son dərəcə ölümcül olan UV-B və UV-C şüalarının qarşısı bu təbəqə tərəfindən alınır. Lakin ozon təbəqəsi Yerdən atılan kimyəvi qazlar səbəbindən daim nazikləşir.

Belə ki, Birləşmiş Millətlər Təşkilatı ozon təbəqəsinin qorunması üçün görülən işlərin nəticə verdiyini və bərpanın onilliklər ərzində baş verə biləcəyini açıqlayıb.

1987-ci ildə ozon təbəqəsinə zərər verən kimyəvi maddələrin istifadəsini dayandırmaq üçün əldə edilən razılaşma müvəffəqiyyət qazanır.

Mövcud razılaşma davam etdiyi müddətdə, ozon təbəqəsi 2066-cı ildə Antarktida üzərində, 2045-ci ildə Şimal qütbündə, digər yerlərdə isə təqribən 20 ildən ərzində 1980-ci ildəki görünüşünə qayıtması gözlənilir.

Qeyd edək ki, Günəşdən gələn ultrabənövşəyi şüaların böyük hissəsini udan ozon təbəqəsi 1970-ci ildən nazikləşməyə başlayıb.

QAZİLER.AZ

Diaspora