Manisada üzüm bağını sulamaq üçün su axtaran kəndli Hilmi Yılmaz neft yatağı aşkarlayıb.
Qaziler.az İHA-ya istinadla xəbər verir ki, xoş hadisə Manisanın Yağbasan məhəlləsində yaşanıb.
10 il bundan əvvəl qazılan, qara rəngli maddə çıxdığı üçün bağlanan quyu yenidən aktivləşib. Belə ki, kəndli su quyusu axtararkən neft quyusu ilə qarşılaşıb. 244 metrlik quyunun 208-ci metrəsində qara və yanar maddə üzə çıxıb.
“Burda 30 hektarlıq üzüm bağım var. 10 il bundan əvvəl su axtararkən quyu qazdıq. Həmin vaxt bu qədər olmasa da, qara maye ilə qarışmış su tapdıq. Bir qədər istifadə etdikdən sonra üzüm bağı çirkləndiyi üçün quyunu bağladıq. Suya olan ehtiyacımızı yaxınlıqdakı hovuzdan istifadə edərək ödəyirdik. Lakin su azaldıqdan sonra yenidən quyunu aktivləşdirmək istədik. 244 metr qazdığımız quyuya yenidən nasos qoyduq və 208-ci metr dərinliyində yenə eyni mənzərə ilə qarşılaşdıq”, - deyə əkinçi olanları izah edib.
QAZİLER.AZ