Astroloqlar BÜRCLƏRİN ən israrlı və stressə davamlı nümayəndələrinin adını açıqlayıblar.
Qaziler.az xarici mətbuata istinadən bu qəbildən olan bürclərin adlarını təqdim edir:
Qoçlar -
Od işarəsinin nümayəndələri daim hərəkətdədirlər. Onlar öz ideyalarına, layihələrinə, əməllərinə o qədər aludə olublar ki, sanki dünyanın sonu gəlsə, bunun fərqinə varmayacaqlar. Çətin və qeyri-müəyyən situasiyalarda Qoç təkcə sağlam düşüncəni deyil, həm də nikbinliyi qoruyur, onlar həmişə bədbəxtlik zamanı yoldaşlarının əhval-ruhiyyəsiniqaldırmaq üçün bir yol tapacaqlar.
Bir sözlə, bu bürcdən olanlar ilə nə sıxışan liftdə, nə də batan Titanikdə qorxulu deyil.
Buğalar -
Özünə inam - bax bu xüsusiyyət torpaq işarəli bürclərə şərəf və ləyaqətlə sudan quru çıxmağa kömək edəcək.
Buğa sağlam düşüncəli, müdrik, ehtiyatlı bir bürcdür, o, bütün hallarda nəinki B planını, hətta onlarla başqa ehtiyat planını da hazırlayır.
Buna görə də bu bürc altında doğulanlar necə hərəkət edəcəklərini biləcəklər. Çünki əvvəlcədən hər şeyi düşünüblər, nəinki özlərini, hətta "bütün dünyanı" xilas edə biləcək bütün inamlı variantları nəzərdən keçiriblər.
Qızlar -
Qız bürcü altında doğulanlarbir çoxlarına darıxdırıcı və pedant görünə bilər. Halbuki, məhz bu keyfiyyət torpaq işarəsi altında doğulanları çətinliklərin öhdəsindən gəlməyə kömək edir. Başqaları haray-həşirə düşüb ora-bura qaçana qədər Qızlar "zərər çəkənlər üçün sığınacaq tikəcək, onları yardım məntəqələrinə yerləşdirəcəklər".
Özü ilə dərmanlar, əlavə yeyəcək götürənlər məhz bu bürcdən olanlardır.
Sizcə Qız bürcü niyə belə edir?
Doğrudur, apokalipsis vəziyyətində!
Oxatanlar
Od bürcünün nümayəndələrinin leksikonunda “qorxu” və “çaxnaşma” sözlərinə yer yoxdur. Əlbəttə ki, Oxatanların zəif tərəfləri var, lakin dünyada heç bir şey onları iradədən və nitq qabiliyyətindən məhrum edə bilməz. Bu bürcün nümayəndələri hər cür çətinlikləri ləyaqətlə keçilməyi bacaracaqlar. Buna görə də, yolunda maneələrlə qarşılaşdıqda, Oxatan onları asanlıqla dəf etməyi bacaracaq.
QAZİLER.AZ