Xaçmaz rayonunda yaşayan 98 yaşlı Məmməd Məmmədov uzunömürlü olmağın sirlərindən danışıb.
Baku TV xəbər verir ki, rayonun Aşağı-Zeyid kənd sakini M.Məmmədov 98 yaşı olmasına baxmayaraq özünü gümrah və sağlam hiss edir.
İkinci Dünya müharibəsində iştirak edən M.məmmədov möcüzə nəticəsində sağ qaldığını bildirib.
M.Məmmədov bildirib ki, uzunömürlü olmaq hər bir insanın özündən asılıdır.
Ətraflı süjeti təqdim edirik: