NASA Marsdan qış fəslinin fotolarını paylaşdı - FOTO

NASA Marsdan qış fəslinin fotolarını paylaşdı - FOTO backend

NASA-nın “Mars Reconnaissance Orbiter” kosmik gəmisi Marsdakı qış fəslinin yeni fotolarını paylaşıb.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, dünyanın yeni ilə girməsinə 6 gün qalsa da, qızıl planetdə dekabrın 26-dan artıq yeni ilin ilk günləri yaşanır.

Yerdə olduğu kimi Marsda da 4 fəsil var: yaz, yay, payız və qış. Yayı isti keçən Marsda qış da kifayət qədər soyuq olur və temperatur mənfi 123 dərəcəyə qədər enir.

Qışda karbon qazı Marsın hər iki qütbündə buz kimi toplanır, yazda isə əriyir. Qazın yenidən Mars atmosferinə buraxılması burada güclü kələklərə səbəb olur.

Yerdə olan buz kristalları altı tərəfli kristal quruluşa malik olsa da, Marsdakı qar dənəcikləri kub formasında meydana gəlir.

QAZİLER.AZ

Diaspora