Dünyanın ən böyük yolkası Portuqaliyada qurulub.
Axar.az xəbər verir ki, bu barədə UPİ portalı məlumat yayıb.
Bildirilib ki, 16 metr hündürlüyündəki yolkanın müəllifi Lossabon sakinlərindən ibarət qrupdur.
İdeya müəllifləri bildiriblər ki, layihəyə 11 yaşdan 88 yaşa qədər 70 nəfər qoşulub.
“Layihənin bu qədər uğurlu olacağını heç düşünmürdük. Əvvəlcə hündürlüyü 3-4 metr olan kiçik bir ağac haqqında düşündük. Sonra çox adamın bu işdə iştirak edəcəyini görüb, Ginnesin Rekordlar Kitabına düşən 16 metr hündürlüyündə trikotaj yolkaya keçdik”, - deyə layihə koordinatoru qeyd edib.